Turizm və Menecment Universitetinin komandası III Şirniyyat Festivalında birinci yerə layiq görülüb

Turizm və Menecment Universitetinin komandası III Şirniyyat Festivalında birinci yerə layiq görülüb Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri kulinariya ixtisası üzrə təhsil alan tələbələr arasında keçirilən III Şirniyyat Festivalında iştirak ediblər.
Festivala beş fərqli şirniyyat - ənənəvi paxlava, badambura, kəsmikli kökə, xurmalı kala və balqabaqlı çizkeyk təqdim edən ATMU-nun komandası “Müasirlik” nominasiyası üzrə birinci yerə layiq görülüb.
Festivalda universiteti Sosial menecment fakültəsinin qida mühəndisliyi ixtisasının tələbələri Mətanət Pənahova, Gülnur Nağıyeva və Turizm və qonaqpərvərlik fakültəsinin turizm otelçilik ixtisasının üçüncü kurs tələbəsi Səidə Məmmədova təmsil ediblər. Tələbələr festivalda Mehmanxana və restoran biznesi kafedrasının müdiri dosent Novruz Quliyevin, Karyera və kommunikasiya şöbəsinin əməkdaşı Aida Bayramovanın rəhbərliyi ilə iştirak ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər