Paşinyanın komandasında istefa ardınca istefa: Vardanyan da getdi

Paşinyanın komandasında istefa ardınca istefa: Vardanyan da getdi Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan istefa ərizəsi yazıb.

Publika.az xəbər verir ki, bu məlumatı “Sputnik Ermənistan”a departamentdən təsdiqləyiblər.

Vardanyan bu vəzifəni 2018-ci ilin iyun ayından tutub və əvvəllər Ermənistanın Elektrik Şəbəkələri, “Tashir Group” və Yüksək Gərginlikli Elektrik Şəbəkələri şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, bir gün əvvəl Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Qaregin Baqramyanın da istefa verdiyi məlum olmuşdu.

Bu günlərdə Ermənistan parlamentində elektrik təchizatı ilə bağlı dinləmələr keçirilib və bu sektora cavabdeh olan şəxslər kəskin tənqid olunub.

Tehsil-press.az

Oxşar xəbərlər