Sabiq səhiyyə naziri Oqtay Şirəliyev barəsində inzibati xəta protokolu tərtib olunub.
Sabiq nazirin adına yazılan protokol İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə irəli sürülüb.
Buna səbəb isə sabiq nazirin hazırda rəhbəri olduğu “Respublika Diaqnostika Mərkəzi” Açıq Səhmdar Cəmiyyətinin (ASC) gömrük qaydalarını ciddi şəkildə pozması olub.
İXM-nin 491.1-ci maddəsinə əsasən, bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 30 faizindən 100 faizinədək məbləğdə cərimə edilir./“Qaynarinfo”/
Tehsil-press.az