Dərbənd Azərbaycan Dövlət Dram Teatrında “Yuğ” Dövlət Teatrının rejissoru Mir Sahib Ağazadə Cəlil Məmmədquluzadənin nəsr əsərləri əsasında “Danabaşlar” adlı yeni tamaşa hazırlayır.
Tehsil-press.az xəbər verir ki, Mirzə Cəlilin “Danabaş kəndinin məktəbi”, “Danabaş kəndinin əhvalatları” povestləri, “Poçt qutusu”, “Lal” hekayələri və digər əsərləri əsasında səhnələşdirilən tamaşanın janrı bir hissəli qəmli komediya kimi təyin olunub. Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Naida Alimetova, ikinci rejissoru Hörmət Aslanovdur.
Qeyd edək ki, tamaşanın musiqi tərtibatı da quruluşçu rejissor Mir Sahib Ağazadəyə məxsusdur. Tamaşada teatrın, demək olar ki, bütün yaradıcı heyəti iştirak edir.
Quruluşçu rejissor Mir Sahib Ağazadənin sözlərinə görə, tamaşanın ideya xətti Mirzə Cəlilin “uçitel” personajının dediyi kimi, “uceniye svet, ne uçeniye tma” olaraq götürülüb. Zülmət cəhalətin, işıq isə elmin, tərəqqinin rəmzidir. Bu da tamaşada müəyyən simvolika ilə öz əksini tapır.
Hazırda məşqləri gedən səhnə əsərinin premyerası iyun ayının əvvəllərinə planlaşdırılır.
Eyni zamanda teatrda Dağıstanın Əməkdar Artisti Yaqut Xandadaşovanın quruluşunda “Hicran” tamaşasının hazırlanması da nəzərdə tutulub. Teatrda uzun müddət ikinci rejissor işləmiş Hörmət Aslanova da yeni bir tamaşanın quruluşu həvalə olunub.
Teatrın baş rejissoru Ər-Toğrul Kamalovun sözlərinə görə, gələcəkdə də Dərbənd Azərbaycan Dövlət Dram Teatrında gənc sənətçilərə özlərini sınamaq, yaradıcı potensialını isbatlamaq üçün həmişə şərait yaradılacaq. Teatrın baş rejissoru, həmçinin onu da bildirib ki, yaxın gələcəkdə teatr klassik Azərbaycan dramaturgiyası nümunələri ilə yanaşı, müasir dramaturqların əsərlərinə də müraciət edəcək.
tehsil-press.az