Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı Azərbaycan əhalisinin sayı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 28833 nəfər və ya 0,3 faiz artaraq 2024-cü il sentyabr ayının 1-i vəziyyətinə 10209603 nəfərə çatıb.

Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,5 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,5 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.

Tehsil-press.az

Oxşar xəbərlər