Bakıda qumar oyunları təşkil edən şəxsə hökm oxundu

Bakıda qumar oyunları təşkil edən şəxsə hökm oxundu Bakıda ev tipli qeyri-yaşayış obyektini kirayələyib, qumar oyunları təşkil edən şəxsə hökm oxunub.

Tehsil-press.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 22 iyun 1970-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş Azər Turabov Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, Azər Turabov Sabunçu rayonunda iki otaqlı ev tipli qeyri-yaşayış sahəsi kirayələyib. Mövlə, Yaşar, Elzar, Asim adlı tanışları həmin yerdə qumar oynamağa yer təşkil etdiyinə görə hər dəfə ona 40 manat pul veriblər.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 15 000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Tehsil-press.az

Oxşar xəbərlər