Xəbər verdiyimiz kimi, Bakıda ötən gün səhər saatlarında başlayan yağıntıların normadan artıq olması xüsusilə tunellərdə hərəkəti çətinləşdirib.
Sosial şəbəkələrdə yayılan iddialara görə, Sabunçu ərazisindəki tuneldə minik avtomobillərinin qalması nəticəsində batan var.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb edilib.
Nazirlikdən əlavə məlumat veriləcəyi də qeyd olunub.
***
Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, paytaxt Bakıda yağan yağıntılarla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb.
Tehsil-press.az