Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Laza kəndi ərazisində intensiv yağıntılar səbəbindən yaranan selin təsirindən içərisində 2 nəfərin olduğu minik avtomobilinin çaya düşərək batıb qalması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Xilasedicilər tərəfindən operativ olaraq həyata keçirilən qəza-xilasetmə əməliyyatı nəticəsində çayda batmış “VAZ-2106” markalı minik avtomobilinin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.
Tehsil-press.az