İnkişaf etmiş bir sıra ölkələrdə magistraturada qiyabi təhsil forması tətbiq edilsə də, ölkədə tədrisin bu forması həyata keçirilmir.
Tehsil-press.az Xəzər TV-yə istinadən bildirir ki, təhsil ekspertləri bildirirlər ki, Azərbaycanda magistratura pilləsi üzrə qiyabi təhsil formasının olmaması işləmək istəyən şəxslər üçün ciddi problemdir, çünki qiyabi təhsil almaqda daha çox işləyən şəxslər maraqlıdır. Magistratura səviyyəsində dərslərin gec saatlarda başlaması isə bəzi təhsilalanların bu istəyinə mane olur
Təhsil eksperti Rizvan Fikrətoğlu onu da bildirib ki, hal-hazırda sadəcə magistraturada 1 ixtisas üzrə qiyabi təhsil forması həyata keçirilir. Digər ixtisasların da bu siyahıya əlavə edilməsi üçün tədris proqramlarında müəyyən dəyişikliklər edilməlidir
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə isə "Xəzər Xəbər"ə açıqlamasında qiyabi təhsilin tərəfdarı olmadığını bildirib. Qiyabi təhsil vaxtı ilə mütəxəssis çatışmadığı dövrdə həyata keçirilib. Onun uğurları ilə yanaşı uğursuz məqamları da çox olmuşdur. "Lakin distant formada magistraturaya qəbulun həyata keçirilməsi məqsədəuyğun hesab edilə bilər", -deyə Hikmət Əlizadə deyib.
Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
Tehsil-press.az