Son 6 il ərzində Azərbaycanda dövlət ali məktəblərinə qiyabi, axşam təhsil forması üzrə qəbul olunan tələbələrin sayı 2 dəfə azalıb.
Təhsil-press.az statistik göstəricilərə istinadən verdiyi məlumata görə, 2011-2012 tədris ilində dövlət ali məktəblərinə qiyabi, axşam təhsil forması üzrə qəbul olunan tələbələrin sayı 3 563 nəfər olduğu halda, 2016-2017-ci tədris ilində bu göstərici 1 743 nəfərə enib.
Qiyabi, axşam təhsil forması üzrə ali məktəblərə qəbul olunan tələbələrin sayında əsas azalma - 2012- 2013 tədris ilindən başlayaraq, müşahidə edilib. Həmin ildə qiyabi, axşam təhsil forması üzrə təhsil alanların sayı 1 959 nəfər olub.
Təhsil-press.az