Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qiyabi formada tədrisin payız semestri üzrə mühazirə-məşğələ sessiyası başlanıb. Sessiya yanvarın 30-dək davam edəcək. İmtahan sessiyası isə fevralın 7-dən 12-dək keçiriləcək. UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev qiyabi təhsil şöbəsinin I kurs tələbələri ilə görüşüb. O, UNEC-dəki yeniliklər, tədris prosesinin müasirləşdirilməsi məqsədilə həyata keçirilən islahatlar barədə məlumat verib. Qeyd edib ki, UNEC-də tədris prosesinin tamamilə elektronlaşması təmin olunub. “Elektron universitet” modeli 4 ildir uğurla tətbiq edilir. Gənc müəllimlər işə cəlb olunur. Universitetdə qiyabi təhsil formasında tədrisin təşkili kredit sisteminin tələbələrinə əsasən qurulub.
Sonda suallar cavablandırılıb.
Sonda suallar cavablandırılıb.
UNEC-in Mətbuat Xidməti