Eks-prezidentə 20 ildən çox iş verildi

Eks-prezidentə 20 ildən çox iş verildi Peruda məhkəmə ölkənin keçmiş Prezidenti Alexandro Toledonu 20 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

TASS xəbər verir ki, Toledo Okeanlararası magistral işi üzrə rüşvətxorluq, çirkli pulların yuyulmasında təqsirli bilinib.

Məhkəmə bildirib ki, eks-prezident 35 milyon dollar rüşvət qarşılığında Braziliyanın “Odebrecht” tikinti şirkətinə Braziliya və Perunu birləşdirən şossenin iki hissəsinin inşası ilə bağlı müqaviləyə nail olmağa kömək edib.

Qeyd edək ki, A.Toledo 2001-2006-cı illərdə Peru prezidenti olub. O, 2023-cü ilin aprelində son illər yaşadığı Kaliforniya ştatında ABŞ rəhbərliyi tərəfindən həbs edilib və ölkəsinə ekstradisiya edilib. Sabiq prezidentin həbsinə dair order 2017-ci ildən qüvvədə olub.

Tehsil-press.az

Oxşar xəbərlər