Bu il onlara yüksək vəzifə verildi - Siyahı

Bu il onlara yüksək vəzifə verildi - Siyahı 2018-ci il bir sıra hadisələrlə zəngin olub. Yola salacağımız il həmçinin hökumətin tərkibində yeni kadr dəyişiklikləri ilə də yadda qalıb.
Cari ilin aprel ayında hökumətin yeni tərkibi təsdiqlənib və siyahıda gənclər daha çox yer alıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev.
Kənd təsərrüfatı naziri İnam Kərimov.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev.
Təhsil naziri Ceyhun Bayramov nazir postuna təyin olunanlar siyahısındadır.

Bu il onlara yüksək vəzifə verildi - Siyahı

Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov da bu il yüksək vəzifəyə təyinat alıb.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də 2018-in yeni simalarındandır.

Bu il onlara yüksək vəzifə verildi - Siyahı

Bu ilin ən yadda qalan dəyişikliklərindən biri də baş nazir Artur Rasizadə ilə bağlı idi. 1996-cı ildən sözügedən vəzifəni icra edən Rasizadəni Novruz Məmmədov əvəzləyib. Baş nazirin yeni müavinləri isə Qaçqınkomun keçmiş sədri Əli Həsənov və sabiq mer Hacıbala Abutalıbovdur.

Tehsil-press.az

Oxşar xəbərlər