BDU-nun SABAH qruplarının 10 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun SABAH qruplarının 10 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Hüquqşünaslıq” ixtisasının III kurs tələbələri Rafət Qaraşlı, Camal Əzimov, Nicat Vəliyev, Murad Əsgərov, Tural Dəmirov, IV kurs tələbələri Xədicə Bəşirzadə, İsmayıl İsmayılov, Ziyəddin İsmayılov, Aytən Məmmədova, Fidan Məmmədzadə “PAŞA Holding”in “Əlaçı” təqaüd proqramının qalibi olublar.
 
2024/2025-ci tədris ilini əhatə edən təqaüd proqramı çərçivəsində tələbələr şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri və mentorluq, şəbəkələşmə fəaliyyətlərinə cəlb olunacaqlar.
 
Tələbələrimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Tehsil-press.az

Oxşar xəbərlər