“PAŞA Holdinq” və “PAŞA Sığorta”nın “Əlaçı” 2023/2024 təqaüd proqramının nəticələri açıqlanıb.
Ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin qatıldığı müsabiqədə ötən il olduğu kimi, bu il də UNEC qalib olan tələbə sayına görə liderdir. Belə ki, 110 nəfər qalibdən 41 nəfəri məhz UNEC tələbəsidir.
Üçüncü və ya dördüncü kurs bakalavr tələbələrini əhatə edən təqaüd proqramı çərçivəsində qalib olan tələbələr bir il müddətində aylıq təqaüdlə təmin ediləcəklər. Təqaüddən əlavə, tələbələr üçün şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri və mentorluq, eləcə də şəbəkələşmə fəaliyyətləri nəzərdə tutulub.
Tehsil-press.az