Bu gün Gürcüstanda parlament seçkiləri keçiriləcək.
Mərkəzi Seçki Komissiyası (MSK) yerli vaxtla saat 8:00-da başlayıb, saat 20:00-da (Bakı ilə eyni vaxtda - red.) yekun vurulacaq seçkilərdə 3 milyon 508 min 294 vətəndaşın iştirak edəcəyini, onlardan 3 milyon 113 min 747 nəfərin elektron texnologiyalardan istifadə ilə iştirak edəcəyini bildirib. Gürcüstanda və xaricdə 3 111 seçki məntəqəsi açılacaq ki, onlardan 67-si 42 ölkədə olacaq.
Seçkilərdə MSK-ya partiya siyahılarını təqdim edən 18 subyekt iştirak edir, onlardan sosial sorğulara görə, 5 %-lik baryeri aşaraq deputat mandatı almaq üçün beşinin şansları realdır: hakim "Gürcü Arzusu" Partiyası və müxalif "Vahid Milli Hərəkat" Partiyası, "Dəyişikliklər Koalisiyası", "Güclü Gürcüstan" və "Gürcüstan uğrunda" partiyaları.
Seçkiləri 111 yerli və 76 beynəlxalq təşkilat, həmçinin 199 media qurumu müşahidə edəcək.
Gürcüstan parlamentinə 150 deputat seçiləcək.
ATƏT/DTİHB-nin uzunmüddətli müşahidə missiyası oktyabrda Gürcüstanda seçkiqabağı vəziyyətlə bağlı aralıq hesabatında onu son dərəcə qütblü adlandırıb. Hakim “Gürcü arzusu” Partiyasının nümayəndələri seçkiləri sülh və müharibə haqqında referendumla müqayisə edirlər. Öz növbəsində, müxalifət hakim partiyanın ölkəni hər gün Rusiya orbitinə yaxınlaşdırdığını əsas gətirərək vətəndaşların Avropa və Rusiya arasında seçim etməli olduğunu deyir.
Seçkilərə bir neçə gün qalmış həm “Gürcü Arzusu”, həm də müxalifət Tbilisidə öz tərəfdarlarının kütləvi mitinqləri keçirərək, xalqın seçilmiş nümayəndəsi olduqlarını bəyan etdilər.
Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifəti açıq dəstəkləməklə və liderlərini müxalifət qüvvələrinin qələbəsi halında bir ildən sonra yeni parlament seçkilərinin təyin edilməsini nəzərdə tutan “Gürcüstan Xartiyası”nı imzalamağa inandıraraq seçkilərdə öz rolunu oynayır.
Gürcüstanın həbsdə olan keçmiş prezidenti, sosial şəbəkələrdən istifadə edən Mixeil Saakaşvili gündəlik mesajlarında tərəfdarlarını təşviq edir.
“Gürcü arzusu”nun nümayəndələri müxalifətin seçkilərdə məğlub olacağı təqdirdə destruktiv hərəkətini istisna etmirlər.
Tehsil-press.az