Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın növbəti iclası keçirilib. Rektor Elçin Babayev gündəlikdə olan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. İclasda BDU-nun doktoranturasına qəbulun nəticələri müzakirə edilib.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, 2024-cü ildə BDU-nun doktoranturasına 123 ixtisas üzrə qəbul aparılıb. Əvvəlki illərə nisbətən bu il BDU-nun doktoranturasına sənəd verənlərin sayı artıb. Qəbul imtahanlarının nəticələrinə əsasən, BDU-nun doktoranturasına fəlsəfə doktoru proqramı üzrə 117, elmlər doktoru proqramı üzrə 17, ümumilikdə 134 nəfər qəbul olunub.
Cari ildə Türkiyə, Rumıniya, Özbəkistan, Rusiya Federasiyası, Çin, Keniya, İndoneziya, İraq, Misirdən 15 əcnəbi tələbə BDU-nun doktoranturasına qəbul olub. Onlardan 13-ü fəlsəfə doktoru, 2-si elmlər doktoru proqramı üzrə Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı, təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota və müəssisənin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında qəbul edilib.
Sonra cari məsələlərə baxılıb.
Tehsil-press.az