Folklor İnstitutunun doktorantura və dissertanturasına qəbulun nəticələri müzakirə edilib

Folklor İnstitutunun doktorantura və dissertanturasına qəbulun nəticələri müzakirə edilib AMEA Folklor İnstitutu Elmi şurasının növbəti iclası keçirilib. İclasda Folklor İnstitutunun 2023-cü il üçün elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturasına qəbulun nəticələri müzakirə edilib.
Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova 2023-cü tədris ili üçün folklorşünaslıq və Azərbaycan ədəbiyyatı ixtisasından fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədləri qəbul edilmiş şəxslər barədə məlumat verib. Əvvəlcə iddiaçı Könül Əmrahovanın fəlsəfə doktoru proqramı üzrə folklorşünaslıq ixtisasından əyani doktoranturaya, Fərqanə Qurbanlı və Nərmin Babayevanın isə dissertanturaya qəbulu məsələsinə baxılıb. İddiaçılara təklif olunan mövzu və elmi məsləhətçilər təsdiq edilib.
Daha sonra folklorşünaslıq ixtisası üzrə Qumru Şəhriyarın elmlər doktoru hazırlığı üzrə əyani doktoranturaya, Əsmər Əliyeva, Gülsümxanım Hasilova, Aynur Hüseynovanın dissertanturaya, Azərbaycan ədəbiyyatı ixtisası üzrə isə Aynur Səfərli və Vüsalə Nəsibovanın dissertanturaya qəbulu barədə məsələ müzakirə edilib. Bu barədə müsbət qərar qəbul edən Elmi şura iddiaçıların dissertasiya mövzularını və məsləhətçilərini təsdiq edib.

Tehsil-press.az



Oxşar xəbərlər