Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda doktoranturaya qəbulun nəticələri müzakirə olunub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda doktoranturaya qəbulun nəticələri müzakirə olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib.
AMEA-nın vitse-prezidenti, elmi müəssisənin direktoru, akademik Dilqəm Tağıyev iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, ilk məsələ fəlsəfə doktorluğu üzrə doktoranturaya qəbul olunanların təsdiqidir.
Bu il qəbul planına uyğun olaraq institutun doktoranturasına fəlsəfə doktorluğu hazırlığı üzrə 4 nəfər qəbul olunub.
Sonra qəbul olunmuş doktorantların mövzuları elmi rəhbər və məsləhətçilərin iştirakı ilə müzakirə edilərək təsdiqlənib.
Dilqəm Tağıyev təklif olunan mövzularla bağlı təklif və tövsiyələrini verib.
İclasda digər məsələlər də müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Tehsil-press.az

Oxşar xəbərlər