Mayın 2-də Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Bakı Slavyan Universitetində (BSU) tələbələrlə görüşüblər. Tədbiri açan BSU-nun rektoru, professor Asif Hacıyev bildirib ki, vətənpərvərlik ruhunda keçirilən görüşün əsas məqsədi dövlət siyasətinə dəstək olmaqdır. Rektor Ümummilli lider Heydər Əliyevin Azərbaycanın təhlükəsizlik orqanlarındakı fəaliyyəti dövründə, o cümlədən Dövlət Təhlükəsizliyi Komitəsinə (DTK) rəhbərlik etdiyi vaxtlarda ilk dəfə olaraq xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunduğunu vurğulayıb. Təhlükəsizlik orqanlarının xalqın mənafeyi və maraqlarına xidmət etdiyini deyən rektor Prezident İlham Əliyevin çoxşaxəli dövlətçilik siyasəti nəticəsində hazırda Azərbaycanın stabillik və inkişaf məkanına çevrildiyini bildirib.
Tədbirdə çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin məsul əməkdaşı Seymur Şeydayev DTX-nin yaranma tarixi, o cümlədən bu orqanın erməni təcavüzkarlarına qarşı mübarizədə əməyini diqqətə çatdırıb. Onun sözlərinə görə, təhlükəsizlik orqanları xalqla daim bir yerdədir. “DTK-ya rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyevin səyi nəticəsində milli ruh, milli şüurun Azərbaycan ədəbiyyatında qorunub saxlanılmasında əvəzsiz işlər görüldü. Heydər Əliyev Azərbaycan ziyalılarının həbsxanaya gedən yolunu bağladı”. Dövlət Təhlükəsizlik Xidməti ilə bağlı mühüm islahatlar həyata keçirildiyini deyən qurum rəsmisi DTX-də daim savadlı, vətənpərvər gənclərə ehtiyac olduğunu qeyd edib..
Sonra Dövlət Təhlükəsizlik Xidmətinin veteranları Akif Məmmədov, Davud Rzayev Ulu öndər Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsində sədr olduğu dövrlərlə bağlı xatirələrini görüş iştirakçıları ilə bölüşüblər.
Tehsil-press.az