26 aprel 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə YAP ADU ilk təşkilatının partiya iclası keçirildi. Öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Ümummilli liderin anadan olmasının 93-cü ildönümü münasibəti ilə ölkədə, o cümlədən universitetdə silsilə tədbirlər keçirildiyini deyərək, bu görüşün də eyni məqsədlə baş tutduğunu söylədi. Ölkə siyasətinin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən Ə.Əliyev onun təhsil sahəsinin inkişafına verdiyi töhfələrdən bəhs etdi. O, Heydər Əliyevin müasir Azərbaycan təhsilinin qurucusu olduğunu, onun bu istiqamətdə böyük işlər gördüyü diqqətə çatdırdı.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, həmin kafedranın dosenti Xanməmməd İbrahimov Heydər Əliyevin uzaqgörən müdrik siyasətindən, geniş və hərtərəfli təhsil quruculuğunun tərkib hissəsi kimi elm, təhsil, mədəniyyət sahəsində nəzərəçarpan dönüş yaratmasından, onun beynəlxalq siyasətinin nəticəsi olaraq dövlətimizin nüfuzlu qurumlarda təmsil olunmasından, vətənimizi dünyada tanıdaraq xalqın simasına çevrilməsindən, həmçinin fenomen şəxs olan ulu öndərin kiçik ölkəni yaşatmaq üçün dünyanı dolaşmasından bəhs etdilər.
Daha sonra tələbələr “Heydər Əliyev və təhsil strategiyası”, “Heydər Əliyev siyasəti”, “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf yolları” mövzularında çıxış etdilər.
İclasda həmçinin partiyaya yeni üzvlərin qəbul edilməsi məsələsi müzakirə edildi.
tehsil-press.az