ATU-nun yeni rektoru kollektivə təqdim edilib

ATU-nun yeni rektoru kollektivə təqdim edilib Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 4 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Yaşar Ömərov universitetin kollektivinə təqdim edilib.

Rektoru kollektivə təqdim edən elm və təhsil nazirinin müavini İdris İsayev Prezident İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıraraq bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.

Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov ölkə Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.

Təqdimat çərçivəsində nazir müavini ATU professorlarının təkliflərini dinləyib.

Tehsil-press.az

Oxşar xəbərlər