Rəssamlıq Akademiyasının rektoru kollektivə təqdim edilib

Rəssamlıq Akademiyasının rektoru kollektivə təqdim edilib Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsinə təyin edilmiş Natiq Əliyev müəssisə kollektivinə təqdim olunub.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, eləcə də təhsil müəssisəsinin pedaqoji kollektivi iştirak edib.
Nazir Emin Əmrullayev Natiq Əliyevin Rəssamlıq Akademiyasına rektor təyin olunması ilə bağlı Sərəncamı diqqətə çatdırıb və yeni rektora fəaliyyətində davamlı uğurlar arzulayıb.
Rektor Natiq Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirəcəyini söyləyib.

Tehsil-press.az


Oxşar xəbərlər