ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp cümə axşamı Rusiya prezidenti Vladimir Putinlə danışıb.
Bu barədə "The Washington Post" yazır.
Nəşr öz mənbəsinə istinadən xəbər verir ki, Tramp Putinlə telefon danışığı zamanı Ukraynada müharibəni gərginləşdriməməyi tövsiyə edib və ona Vaşinqtonun Avropada əhəmiyyətli hərbi mövcudluğunu xatırladıb.
Tərəflər Avropada sülhün əldə olunması imkanlarını müzakirə ediblər.
Mənbələrin "The Washington Post"a verdiyi məlumata görə, Tramp da öz növbəsində Ukraynadakı müharibəyə tezliklə son qoyulmasını müzakirə etmək üçün gələcək təmaslarda maraqlı olduğunu bildirib.
Bundan əlavə, nəşrin məlumatına görə, ABŞ-nin yeni seçilmiş prezidenti bildirib ki, Ukraynanın ərazisinin bir hissəsini güzəştə getməsi tələb oluna bilər. O təklif edib ki, bu, Krım ola bilər.
Tehsil-press.az