Putinlə Tramp telefonda danışdı

Putinlə Tramp telefonda danışdı Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Dövlət başçıları strateji sabitlik və silahlanmaya nəzarət məsələlərini müzakirə ediblər.
"RİA Novosti" yazır ki, Ağ Evin rəsmi nümayəndəsi Cadd Dirin sözlərinə görə, Tramp Rusiya, Çin və ABŞ-ın bahalı silahlanma yarışından qaça biləcəyinə ümid etdiyini bildirib.
Söhbətdə prezidentlər İranın nüvə proqramı mövzusuna toxunublar.
Bundan başqa, Putin və Tramp iki ölkənin ticarət-iqtisadi əlaqələrini inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər