Peşə məktəblərində ödənişli oxuyan müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Peşə məktəblərində ödənişli oxuyan müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Bu məsələ parlamentin oktyabrın 2-də keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin kateqoriyası genişləndirilib. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin də artıq dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiqlənib.

Tehsil-press.az



Oxşar xəbərlər