Peşə məktəblərində ödənişli oxuyan müharibə veteranlarının təhsil haqqını dövlət ödəyəcək

Peşə məktəblərində ödənişli oxuyan müharibə veteranlarının təhsil haqqını dövlət ödəyəcək Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Bu məsələ Milli Məclisin oktyabrın 24-də keçirilən plenar iclasının gündəliyinə daxil edilən “Peşə təhsili haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin kateqoriyası genişləndirilib. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin də artıq dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Sənəd layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Tehsil-press.az



Oxşar xəbərlər