ADU əməkdaşları TEMPUS layihəsi çərçivəsində təlimlərdə iştirak edib

ADU əməkdaşları TEMPUS layihəsi çərçivəsində təlimlərdə iştirak edib Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar və Linqvodidaktika kafedralarının əməkdaşları “Peşəkar Məqsədlər üçün İngilis dilinin tədrisi” (FLEPP) adlı TEMPUS layihəsi çərçivəsində təlimlərdə iştirak edib. Esseks Universitetinin professoru Thomas Desmond tərəfindən aparılan təlimlər “A2-B2 səviyyələri üzrə akademik yazı və danışıq üçün qiymətləndirilmə tapşırıqları”, “Danışıq və yazı qiymətləndirməsində standartlara cavab verən və elmi təsviredicilər”, “Qiymətləndirmə tapşırıqlarını inkişaf etdirmək məqsədi ilə əməkdaşların birgə işində həmkar-müşahidə vəsaitləri”, “Qiymətləndirmədə standartlaşdırma və təkmilləşdirmə prosedurları” mövzularını əhatə edib.
Debat və diskussiyalar şəklində aparılan təlimdə müəllimlərin fəal iştirakı müşahidə olunub. Sonuncu sessiyada iştirakçılar aparılan təlimlərlə bağlı yazılı şəkildə öz müsbət rəylərini bildiriblər və belə təlimlərin mütəmadi keçirilməsini təklif olunub. Qeyd edək ki, təlimdə Gəncə Aqrar Universiteti, Baki Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Milli Aviasiya Akademiyasının əməkdaşları da iştirak edib.


ADU-nun İctimaiyyətlə əlaqələr Departamenti

Oxşar xəbərlər