BDU-da işləmək istəyənlərin nəzərinə! - Vakansiyalar VAR

BDU-da işləmək istəyənlərin nəzərinə! - Vakansiyalar VAR Bakı Dövlət Universiteti (BDU) fakültə və kafedralarda boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Universitetdən bildirilib ki, müsabiqəyə ümumilikdə 13 vəzifə çıxarılıb. Onlardan 3-ü kafedra müdiri, 10-u professor, baş müəllim, müəllim vəzifəsidir.

Müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na əsasən 1 ay müddətində, 1996-cı 07 avqust tarixli 401 saylı “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir.

Tehsil-press.az

Oxşar xəbərlər