İşçilərə verilən əlavə ÖDƏNİŞ – 13-cü maaş Azərbaycanda KİMLƏRƏ verilir?

İşçilərə verilən əlavə ÖDƏNİŞ – 13-cü maaş Azərbaycanda KİMLƏRƏ verilir? 13-cü maaş bir çox ölkədə, o cümlədən Azərbaycanda, işçilərə ilin sonunda verilən əlavə ödənişdir. Bu, əsas maaşa əlavə olaraq işçilərə verilən, adətən ilin sonunda və ya tətil dövründə mükafat şəklində olan bir ödənişdir. Əsas məqsəd, işçilərin illik iş fəaliyyətlərinə görə bir növ təşəkkür etmək və onlara maliyyə baxımından əlavə dəstək verməkdir.

Çox vaxt işçinin əsas maaşının bir həftəsi qədər olan bu ödəniş, ilin sonunda işçilərə təqdim edilir. 13-cü maaşın verilməsi bəzi ölkələrdə qanuni tələblərlə tənzimlənir və bu əlavə ödəniş məcburi hala gətirilib. Azərbaycanda isə bu, əsasən şirkətlərin siyasətinə və işçi ilə bağlanmış əmək müqaviləsinə görə dəyişir.

13-cü maaşın xüsusiyyətləri

Bəziləri düşünür ki, əlavə maaşın, bonusların verilməsi müəssisənin gəlirlərini aşağı salır və büdcəsinə mənfi təsir göstərir. Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Xalid Kərimli bildirib ki, 13-cü maaşın verilməsi işçilərin motivasiyası üçün önəmlidir.

“13-cü maaşın verilməsi şirkətin özünün rəhbərliyinin işçilərini həvəsləndirməsidir.

Rəhbər, əsasən də özəl sektorda bu qərarları verməkdə sərbəstdir. Xalis mənfəətlərini işçiləri ilə paylaşırlar. Təbii ki, bu da şirkətin xərcidir, mənfəətini azaltmış olur, bir ay əlavə xərc yaranmış olur. Amma şirkət rəhbəri qazancının bir hissəsini işçilərlə bölüşür. Işçiləri saxlamaq, loyallığını, motivasiyasını artırmaq üçün önəmli addımlardan biridir. Bundan başqa hətta şirkətlər öz işçilərinə bonuslar da verirlər”.

13-cü maaşın yaranması və tətbiq edilməsi

13-cü maaş ənənəsi ilk növbədə Latın Amerikasında, xüsusilə Braziliyada yaranıb. Braziliyada bu ödəniş 1962-ci ildən etibarən qanunla təsbit edilib. Həmin dövrdə hökumət, işçiləri ilin sonunda əlavə maliyyə dəstəyi ilə təmin etmək və onların rifahını artırmaq məqsədini güdürdü. Azərbaycan qanunvericiliyi, bu ödənişi rəsmi şəkildə tənzimləməsə də, bəzi şirkətlər və dövlət qurumları işçilərinə ilin sonunda əlavə ödəniş verməkdə davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər