Azərbaycan Beynəlxalq Bankının ödəniş kartlarının sayı artır

Azərbaycan Beynəlxalq Bankının ödəniş kartlarının sayı artır Azərbaycan Beynəlxalq Bankı ödəniş kartları bazarında mövqeyini gücləndirir. 1 iyul tarixinə Bankın aktiv ödəniş kartlarının sayı 1286100-ə çatıb.

Bankdan Tehsil-press.az-a verilən məlumata görə, ötən bir il ərzində xidmətin keyfiyyətinin yüksəldilməsi, ATM şəbəkəsinin daha səmərəli qaydada qurulması fiziki şəxslərlə yanaşı, korporativ müştərilərin də Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlığa marağını artırıb.
Bunun nəticəsində xüsusilə maaş kartlarının sayında ciddi artım baş verib. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə Banka aid maaş kartlarının sayı 44600 ədəd artaraq 456,600 olub.
Bu il ərzində Bankın ödəniş kartları ilə ümumilikdə 13,715,261 əməliyyat aparılıb. Hazırda Bankın 743 ATM-i fəaliyyətdədir və bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 11,124 POS terminalı müştərilərin xidmətindədir.
Müştərilərinə ödəniş kartlarının ən müxtəlif çeşidlərini təklif edən Azərbaycan Beynəlxalq Bankı elektron bankçılıq xidməti infrastrukturunu daim inkişaf etdirməklə ölkəmizdə nağdsız ödəniş ənənələrinin genişlənməsinə töhfə verməyə çalışır.
35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.


Tehsil-press.az

Oxşar xəbərlər