Tramp hədəfinə çatdı: 8 il sonra yeni qərar

Tramp hədəfinə çatdı: 8 il sonra yeni qərar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp NATO ölkələrindən müdafiə xərclərini ümumi daxili məhsulların 5%-nə çatdırmalarını tələb edəcək.

Bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin yazır ki, Tramp bu tələbi sövdələşmə üçün irəli sürəcək. Onun əsas hədəfinin müdafiə xərclərini ÜDM-nin 3,5%-nə çatdırmaq olduğu vurğulanıb.

Qeyd edək ki, daha əvvəl NATO-nun müdafiə xərclərini ÜDM-nin 3%-nə çatdırmaq barədə danışıqlar apardığı, bunun alyansın iyun sammitində tam razılaşdırılacağı vurğulanırdı.

D.Tramp birinci prezidentliyi dövründə bu xərcin ÜDM-nin 2%-nə çatdırılmasını qarşıya məqsəd qoyulmuşdu. 2016-cı ildən bu yana NATO-nun 32 üzvündən 23-ü bu hədəfə çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər