Özbəkistan parlamentinin deputatı Odiljon Tojiyev Çeçenistan rəhbəri Ramzan Kadırovun Komil Allamjonov və Dmitri Liyə qarşı təhdidlərini pisləyib və bunu ölkənin daxili işlərinə müdaxilə adlandırıb.
Tojiyev Kadırovu üzr istəməyə və Rusiya Federasiyasının axtarışda olan iki vətəndaşının tapılaraq Özbəkistana təhvil verilməsinə köməklik göstərməyə çağırıb.
“Milli Dirçəliş” partiyasının nümayəndəsi Ramzan Kadırovun kanalında yazılanlara cavab olaraq Telegram kanalında yazıb: “Belə hərəkətlər iki dost ölkənin münasibətlərinə və hər iki xalqın dostluq münasibətlərinə mənfi təsir göstərə bilər”.
“Rusiya Federasiyasının Baş Prokurorluğundan Ramzan Kadırovun Özbəkistan rəsmilərini hədələməsi ilə bağlı yaranmış vəziyyətə hüquqi qiymət verməsini xahiş edirəm”, - deputat bildirib.
Bundan əlavə, o vurğulayıb ki, Çeçenistanın rəhbəri bəyanatlarına görə Özbəkistan xalqından açıq şəkildə üzr istəməlidir.
“Əgər o, dostdursa, Özbəkistan Baş Prokurorluğu tərəfindən axtarışa verilmiş Beslan Rasayev və Şamil Temirxanovun tapılıb Özbəkistana təhvil verilməsinə əməli köməklik göstərməlidir”, - Odiljon Tojiyev əlavə edib.
Xatırladaq ki, R.Kadırov dekabrın 26-da öz yazısında Prezident Administrasiyasının informasiya siyasəti şöbəsinin keçmiş rəhbərinə sui-qəsd cəhdi ilə bağlı işdə “çeçen izinin” olduğunu ikinci dəfə təkzib edib.
Ertəsi gün, dekabrın 27-də Baş Prokurorluq iki Rusiya vətəndaşı Bislan Rasayev və Şamil Temirxanovun Özbəkistana qanunsuz giriş-çıxışda, cinayət barədə məlumat verməməkdə və qanunsuz silah dövriyyəsində təqsirli bilinərək İnterpol xətti ilə axtarışa verildiyi barədə KİV-də yayılan məlumatları təsdiqləyib.
Media işdə sui-qəsd hazırlandığı ikinci şəxsin – Özbəkistanın Perspektivli Layihələr üzrə Milli Agentliyinin direktoru Dmitri Li barədə də yazıb.
Ramzan Kadırov Komil Allamjonov və Dmitri Liyə “qurban rolunu oynamamağı tövsiyə edib” belə bir təhdid səsləndirib: “Nə planlaşdırmağınızdan asılı olmayaraq, vaxtında dayandırmaq daha yaxşıdır, əks halda bütün intriqalara, böhtanlara və spekulyasiyalara görə cavab verməli olacaqsınız. İndi adət-ənənələrimizə uyğun cavabdan danışıram”.
Tehsil-press.az