Kadırov böyük oğlunu nazir təyin edib

Kadırov böyük oğlunu nazir təyin edib Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu Axmat Kadırov respublikanın bədən tərbiyəsi və idman naziri təyin edilib.

Bu barədə Kadırovun özü məlumat yayıb.

O, 2024-cü ilin fevral ayından gənclərlə iş üzrə nazirdir. İndi bu vəzifəni 2022-ci ilin fevralından “Axmat” respublika idman klubuna rəhbərlik edən Ramzan Vismuradov icra edəcək.

“Mən tam əminəm ki, yüksək vəzifələrə irəli sürülənlərin hər biri ona göstərilən etimadı tam doğruldacaq. Onların hamısı komandanın layiqli üzvləridir”, - Ramzan Kadırov kanalında yazıb.

2022-ci ildən 18 yaşlı Axmat Kadırov Çeçenistan rəhbərinin müşaviri, Rusiya Uşaq və Gənclər Hərəkatının regional sədri vəzifəsini tutub. 2023-cü ilin noyabrında o , Çeçenistanın bədən tərbiyəsi nazirinin müavini, fevralda isə gənclərlə iş üzrə nazir təyin edilib.

Tehsil-press.az

Oxşar xəbərlər