Kubra Məhərrəmova yazır...
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirənlərin görüntüləri qarşıma çıxanda çox pərişan oluram. Təyyarə bələdçisi Hökumənin toy görüntüləri, mərhum pilot İqor Kşnyakinin ailəsi ilə səmimi görüntüləri, Məhəmmədəli Yeqanovun futbol oynadığı, hava limanından yola salındığı görüntüləri...
Balaca mələk, sənin görüntülərinə baxanda ürəyim parçalanır. Xoş təbəssümün xasiyyətindən xəbər verir. Uşaqlar danışırlar ki, çox zarafatcıl idin. Səsli-küylü, əsl dostluq ediləcək adam, de-gül, dünyanın dərdini unut.
Bu gün bütün ölkə kədərə bürünüb, hər kəs sənin və digər hadisə qurbanlarının haqqını tələb edir. Kimin gücü nəyə çatırsa...
Sən müstəqil həyata ilk addımını ataraq təyyarəyə tək mindin. Hətta o bədbəxt şəhərə Qroznıya da çatdın. Amma əcəl sənin o gözəl gülüşlərini bizim xatirələrimizə köçürdü...
Bilirsən, Məhəmmədəli, sən əsl kişisən. Sənin son saatların barədə məlumatım yoxdur. Açığı heç məlumat almaq belə istəmirəm. Amma sənin qatillərinin qanun qarşısında cavab verməsini tələb edirəm. Tələb edirəm ki, günahsız insanların ölümə bais olanlar, bu işdə əli, əmri olanlar layiqli cəzalarını alsınlar. Sərnişinləri ölümə məhkum edən hər kəs qanun qarşısında cavab verməlidir.
Qəhrəman pilotlarımız İqor Kşnyakin və Aleksandr Kalyaninovun sayəsində bu cinayət Xəzərə qərq olmadı, həqiqət üzə çıxdı. Onların bu şücaətini nəinki Azərbaycan, hətta bütün dünya müzakirə edir. Bütün mütəxəssislər deyirlər ki, bu, böyük qəhrəmanlıq, ağlasığmaz fədakarlıqdır.
Mərdi-mərdanə duruş gətirən təyyarə bələdçisi Hökumə Əliyevanın "20 nəfər qabağa gəlsin" deməsi isə təyyarədəki vəziyyətin necə ağır olmasından xəbər verir. "Hər şey yaxşı olacaq" deməsi də ayrı bir ümid yaradır...
Bu gün səni Azərbaycanda - Vətənində dəfn etdilər. Bu gün dəfnə yüzlərlə, bəlkə də daha çox insan gəldi.
Bilirsən axı, sən qəhrəmansan. Lap film qəhrəmanları kimi, hətta onlardan daha güclü. Qəhrəmanları isə belə yola salırlar, ehtiramla və göz yaşları içində.
Bilirsən, oraya çoxlu gül çələngləri göndərmişdi səni tanıyanlar. Amma birinin üstündə yazılmışdı ki, "Алишке от детей" yəni uşaqlardan Əlişkaya...
Əslində uşaqlar ölməməlidir. Dünyanın heç bir yerində uşaqlar ölməli deyillər.
Uşaqlar uşaqların dəfninə getməməlidirlər. Uşaqlar dostlarını itirməməlidirlər. Uşaqlar üçün cənazə namazı qılınmamalıdır. Uşaqlar yaşamalıdırlar.
Futbol oynamalı, zarafatlaşmalı, həyətdə dava-dalaş etməli, bir-birinə sataşmalı, qızların hörüklərini dartmalı.
Mən sənin dəfninə gələ bilmədim. Çünki mən sənin kimi qəhrəman deyiləm. Mən heç güclü də deyiləm. Bağışla, mən bacarmadım...
Mən bilirəm ki, əgər sən nə vaxtsa məni haradasa köməksiz vəziyyətdə görsəydin, mütləq məni düşdüyüm çətinlikdən xilas edərdin.
Axı sən superqəhrəmansan, Əlişka...
Allah sənə və bu faciə nəticəsindən həyatını itirənlərin hər birinə rəhmət eləsin. Səni unutmayacağıq balaca... Rahat yat.
Haqqın və qanın yerdə qalmayacaq! Bundan əmin ol!
Tehsil-press.az