Tanınmış vəkil Ali Məhkəməyə müraciət etdi – “Ey Qıpçaq Məlik, sənin ordunun üstünə tək gəlmişəm, qabağa çıxmasan...”

Tanınmış vəkil Ali Məhkəməyə müraciət etdi – “Ey Qıpçaq Məlik, sənin ordunun üstünə tək gəlmişəm, qabağa çıxmasan...” “Milli Məclis Ali Məhkəmənin saxta yubileyinə haqq qazandırdı”.
Bunu tanınmış vəkil Əkrəm Həsənov bildirib.
O bildirib ki, Milli Məclis Ali Məhkəmənin saxta 100 illiyi ilə bağlı müraciətinə cavab verib: “Müraciəti 26 dekabrda (2022-ci il-red) göndərsəm də, cavabda deyilir ki, guya 28 dekabrda daxil olub. Aydındır niyə belə deyirlər: qanunu 27 dekabrda qəbul ediblər. Yəni toydan sonra nağara məsələsidir... Heç bir arqumentimə münasibət bildirməyiblər. Elə sadəcə vurğulayıblar ki, Azərbaycan SSR-də Ali Məhkəmə fəaliyyətinə 1 mart 1923-cü ildə başlayıb, həmin tarix də əsas götürülüb. Yeri gəlmişkən, bu yaxınlarda Ali Məhkəmə öz bəyanatında 13 fevral deyirdi. Gəl indi baş aç da bunların “Tarixi Nadir”lərindən... Söz verdiyim kimi, Konstitusiya Məhkəməsinə müraciət edərək bu Qanunun Konstitusiyaya zidd hesab edilməsini tələb edəcəyəm. Əvvəl-axır bu qanun ləğv ediləcək və Ali Məhkəməmizin tarixinin ilk Cümhuriyyətimizdən başlanması həqiqəti təsdiq olunacaq. Bunun əksinə təşəbbüs göstərib saxta yubileyə qanun donu geyindirənlər isə ən azı tarix qarşısında cavab verəcəklər... Ali Məhkəməyə bir daha müraciət edirəm. “Yubiley”inizədək Ali Məhkəmənin 1923-cü ildəki fəaliyyəti, ilk rəhbəri, binası və s. haqda açıqlamanızı, məqalələrinizi gözləyirik. Deyin, bilək də 100 il əvvəl nə fəaliyyət göstərib sələfləriniz... Qazan xan demişkən: “Ey Qıpçaq Məlik, sənin ordunun üstünə tək gəlmişəm, qabağa çıxmasan...””

Tehsil-press.az


Oxşar xəbərlər