"Anama demişdim ki, gəl, bayramı birlikdə keçirək"

"Anama demişdim ki, gəl, bayramı birlikdə keçirək, səni görmək istəyirəm. Onun üçün çox darıxmışdım".

Bu sözləri Baku TV-yə açıqlamasında AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1963-cü il təvəllüdlü Leyla Bayramovanın qızı Günel Hüseynova deyib:

"Anam mənim sözümü heç vaxt yerə salmırdı. Nə desəm, onu edərdi, kaş, bu dəfə etməzdi. Ona söylədim ki, birlikdə deyib-gülüb bayramı keçirək. Mən Qroznıda yaşayıram, onu qarşılamağa aeroporta getmişdim. Onu çox gözlədim, elə gözüm yolda qalmışdı. Gördüm ki, hamı qarışıb bir-birinə. Dedilər təyyarə yerə düşüb, sonra mənim halım pis oldu. Dedim ki, anam heç vaxt məni tək qoymaz. Çünki o, məni sevindirməyə gəlmişdi, ağlatmağa yox. Mənim hələ də ümidim var. İnanmıram ki, anam ölüb, o, sağ gələcək. Çünki ürəyim də rahatdı və anam da heç vaxt məni qoymaz ki, bu qədər ağlayım. Mən möhkəm olmalıyam, çünki anam gələndə o bilməməlidi ki, mən incimiş və ağlamışam. Bilirəm ki, anam salamat gələcək".

Tehsil-press.az


Oxşar xəbərlər