İranda siyasi məhbus: "Hər dörd saatdan bir edamın şahidi oluruq"

İranda siyasi məhbus: "İranda hər dörd saatdan bir edamın şahidi oluruq".

Bu barədə 25 ildir Qızılhisar həbsxanasında saxlanılan və ölüm cəzasına məhkum edilən Səid Məsuri bəyan edib.

Onun sözlərinə görə, əvvəllər ayda, yaxud 10-15 gündən bir qarşılaşırdılarsa, indi gün ərzində bir neçə edamın şahidi olurlar.

Məsuri Milad bayramı günlərində təxminən 25 nəfərin dar ağacından asıldığını, yəni hər iki saat yarımdan bir edam həyata keçirildiyini vurğulayıb.

O, BMT Baş katibini, Avropa Komissiyası sədrini və Avropa İttifaqını İslam Respublikasında edamların qarşısını almaq üçün daha ciddi tədbirlər görməyə çağırıb.

Tehsil-press.az

Oxşar xəbərlər