İranda edamların icrası prosesi sürətləndirildi

İranda edamların icrası prosesi sürətləndirildi İbrahim Rəisi prezident seçiləndən sonra artan edam halları etiraz aksiyaları başladıqdan sonra daha da çoxalıb.
Siyasi fəallar və hüquq müdafiəçiləri ictimaiyyətə və beynəlxalq təşkilatlara İranda edam hökmlərinin verilməsi və icrası sayının kəskin artması ilə bağlı müraciət ediblər.
Müraciətdə Tehran rejiminin etirazçıları və siyası fəalları narkotik maddə alverçisi və başqa bu kimi saxta ittihamlarla öldürməyə çalışdığı bildirilir. Müxtəlif cinayətlərdə ittiham olunan şəxslərlə yanaşı, siyasi baxışına görə həbs edilən məhkumlar da edam edilir.
Qeyd edək ki, açıqlanan son statistikaya əsasən cari ildə edam olunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 98 faiz artıb.

Tehsil-press.az


Oxşar xəbərlər