İranın üç zindanında dörd məhbus edam edilib

İranın üç zindanında dörd məhbus edam edilib İranın Dehdəşt, Sınandaş (Sənəndəc) və Saqqız şəhərlərində yerləşən həbsxanalarda dörd məhbus dar ağacından asılıb.
Dehdəşt zindanında edam edilən məhbus etnik lor olan 35 yaşlı Zəbihullah Ərcumənd və Sınandaş zindanında etnik kürd olan Xalid Ruhi və Sirus Heydərinin kimliyi bəlli olub. Saqqız şəhərində edam olunan məhbusun kimliyi barədə isə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, BMT-nin İranda insan haqlarının pozulmasına dair hesabatına əsasən, ötən illə müqayisədə bu il edamlar 98% artıb.

Tehsil-press.az



Oxşar xəbərlər