1 milyonluq yeyintiyə görə hakim qarşısına çıxarılırlar

1 milyonluq yeyintiyə görə hakim qarşısına çıxarılırlar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin 1 milyonluq yeyintidə ittiham olunan sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Eks-vəzifəlilərin hər ikisi zalda iştirak etsələr də, Qulamovun vəkili gəlməyib.

Bu səbəbdən işin baxışa təyin edilməsi müzakirə olunmayıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin ikisi də xüsusilə külli miqdarda mənimsəmədə ittiham edilir.

Tehsil-press.az

Oxşar xəbərlər