Son zamanlar müzakirə olunan məsələlərdən biri də qış aylarında dərslərin bir saat gec başlaması ilə bağlıdır. Valideynlər səhər saat 8-də dərs başlayan zaman havanın hələ qaranlıq olduğundan narahatdırlar. Məlumdur ki, hər kəs evə yaxın məktəbdə təhsil almır. Rayon, kənd yerlərində isə qaranlıq havada dərsə getmək daha da təhlükəlidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun fikrincə, qış aylarında səhər saat 8-də başlayan dərslər qaranlıq hava şəraiti, təhlükəsizlik, sağlamlıq və təhsil keyfiyyəti baxımından problemlər yaradır.
Onun sözlərinə görə, Azərbaycan kimi bir ölkədə, xüsusilə kənd və rayon yerlərində bu məsələ daha da aktualdır, çünki şagirdlər və onların valideynləri çətin hava və yol şəraitində təhlükəsizlik riskləri ilə üzləşir:
“Bu məsələnin həll edilməsi üçün beynəlxalq təcrübələrə nəzər yetirmək, statistik məlumatları təhlil etmək və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişikliklərin mümkünlüyünü dəyərləndirmək lazımdır. Azərbaycanda ümumi təhsil müəssisələrinin iş qrafiki ilə bağlı müəyyən qaydalar olsa da, “Təhsil Haqqında” Qanunda dərslərin başlanma vaxtı ilə bağlı konkret normativlər göstərilmir. Bu, hər bir məktəb və ya regionun yerli şəraitə uyğun qərar qəbul etməsinə imkan yaradır. Buna baxmayaraq, mövcud praktika dərslərin səhər saat 8:00-da başlamasını nəzərdə tutur. Bu saat xüsusilə qış aylarında, müxtəlif problemlər yaradır. Statistik məlumatlar göstərir ki, Azərbaycan əhalisinin 47 faizi kənd yerlərində yaşayır və həmin bölgələrdə işıqlandırma və nəqliyyat şəraiti şəhər yerləri ilə müqayisədə daha aşağı səviyyədədir. Bu o deməkdir ki, kənd və rayon məktəblərində şagirdlər qış aylarında səhər qaranlıqda məktəbə getmək məcburiyyətində qalır. Nəticədə, yol qəzaları, soyuq hava ilə əlaqədar xəstəliklər və təhlükəsizlik riskləri artır”.
K.Əsədov deyib ki, 2022-ci ildə Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Agentliyinin hesabatına əsasən, səhər saatlarında, xüsusilə qış mövsümündə baş verən piyadalarla bağlı yol-nəqliyyat hadisələrinin 12 faizi məktəb yaşlı uşaqların iştirakı ilə qeydə alınıb:
“Bu, dərslərin başlanma vaxtının yenidən nəzərdən keçirilməsini tələb edən ciddi bir göstəricidir. Şagirdlərin sağlamlığı məsələsi də vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, məktəb yaşlı uşaqların ən azı 8-10 saat yuxuya ehtiyacı var. Lakin qış aylarında səhər saat 8-də dərsə çatmaq üçün şagirdlər çox erkən oyanmaq məcburiyyətində qalır. Xüsusilə, uzun məsafədən məktəbə gedən uşaqlar yuxu çatışmazlığından əziyyət çəkir. Yuxu çatışmazlığı isə konsentrasiyanın azalmasına, akademik nailiyyətlərin zəifləməsinə və hətta psixoloji problemlərə səbəb ola bilər”.
Mütəxəssisin dediklərinə görə, ABŞ-da aparılan bir araşdırmaya əsasən, dərslərin səhər 9:00-da başlaması tələbələrin akademik göstəricilərində 16 faizə qədər artıma səbəb olub:
“Dünya təcrübəsində bu problemin həlli üçün müxtəlif yanaşmalar mövcuddur. Məsələn, Finlandiyada məktəblərin qış aylarında dərsə başlanma vaxtı əsasən, səhər saat 9:00-dan sonra təyin edilir. Bu yanaşma şagirdlərin yuxu balansını qorumağa və daha məhsuldar dərs keçmələrinə imkan verir. İsveçdə də oxşar sistem tətbiq olunur və bu ölkələrdə təhsil sisteminin effektivliyi dünya üzrə ən yüksək göstəricilərə malikdir. Bu, dərslərin başlanma vaxtının dəyişdirilməsinin yalnız təhlükəsizlik və sağlamlıq üçün deyil, həm də təhsil keyfiyyəti üçün faydalı olduğunu göstərir. Azərbaycanda dərs saatlarının qış aylarında dəyişdirilməsi bir sıra üstünlüklər təmin edə bilər. İlk növbədə, şagirdlərin təhlükəsizliyi artır. Qaranlıqda məktəbə gedən uşaqların yol qəzaları ilə üzləşməsi ehtimalı azalır. Eyni zamanda bu dəyişiklik şagirdlərin sağlamlığına müsbət təsir göstərəcək. Çox yuxu alan şagirdlər sinifdə daha diqqətli olur ki, bu da akademik nəticələrin yaxşılaşması ilə nəticələnir. Nəhayət, şəhər yerlərində bu dəyişiklik səhər tıxaclarının azaldılmasına da kömək edə bilər. Çünki məktəb nəqliyyatı ilə digər ictimai nəqliyyatın hərəkəti arasında vaxt fərqi yaranacaq. Bununla belə, bu dəyişikliklər müəyyən çətinliklər yarada bilər. Valideynlərin iş qrafiki və uşaqların məktəbə çatdırılması məsələləri diqqətlə nəzərə alınmalıdır. Valideynlərin çoxu səhər saat 9-da işə gedir, bu da dərslərin daha gec başlaması ilə müəyyən çətinliklər yarada bilər. Müəllimlərin iş rejiminin yenidən tənzimlənməsi də əlavə təşkilati tədbirlər tələb edir. Lakin bu çətinliklər təhsil və təhlükəsizlik üstünlükləri ilə müqayisədə daha az əhəmiyyətlidir və düzgün planlama ilə həll edilə bilər”.
Kamran Əsədov deyib ki, nəticə olaraq qış aylarında dərslərin başlanma vaxtının dəyişdirilməsi həm təhlükəsizlik, həm də təhsil keyfiyyəti baxımından zəruridir:
“Azərbaycan Elm və Təhsil Nazirliyi bu məsələdə beynəlxalq təcrübələrdən yararlanaraq pilot layihələr həyata keçirə bilər. Bu layihələr kənd və rayon məktəblərində tətbiq edilərək, şagirdlərin və valideynlərin rəyinə əsasən nəticələrin dəyərləndirilməsi mümkündür. Təhsildə keyfiyyət yalnız dərs proqramlarının məzmunu ilə deyil, həm də şagirdlərin fiziki və psixoloji rifahı ilə təmin olunur. Buna görə də, qış mövsümündə dərslərin başlanma vaxtının 9:00-a keçirilməsi təhsilin daha effektiv və təhlükəsiz təşkilinə töhfə verə bilər”.
Təhsil məsələləri üzrə ekspert Sona Əliyeva əvvəllər bu məsələnin bizdə Nazirlər Kabineti tərəfindən tənzimləndiyini qeyd edib:
“Saatlar yay və qış vaxtına keçirildiyi üçün müvafiq olaraq saat irəli və ya geri çəkilirdi. O zaman bu cür problemlər yaranmırdı. Şagirdlər və müəllimlər qış aylarında əziyyət çəkmirdilər. Dərsə hava aydınlaşdıqdan sonra başlanılırdı. Amma indi vəziyyət dəyişib. Artıq bir neçə ildir ki, saatlar irəli-geri çəkilmir. Ona görə də bu cür problemlər yaranır. Düşünürəm ki, belə problemlər çoxluq təşkil edərsə, Elm və Təhsil Nazirliyi Milli Məclis və ya Nazirlər Kabineti qarşısında məsələ qaldırmalıdır”.
S.Əliyeva deyib ki, şagirdlərin və müəllimlərin qış aylarında əziyyət çəkməməsi üçün aidiyyəti qurumlar bir çıxış yolu fikirləşməlidirlər:
“Hesab edirəm ki, bu halda dərsə başlama saatlarının 60-90 dəqiqə irəli çəkilməsində hər hansı problem olmaz. Yəqin ki, hələlik bu barədə ictimai müzakirələr çox zəifdir, şikayətçilərin sayı azdır. Ona görə də nazirlik bu haqda baş sındırmağa tələsmir. Üstəlik, dərs saatlarının gec və ya tez başlaması ilə bağlı deputatlar da məsələni ictimailəşdirməlidirlər ki, proses diqqət mərkəzində olsun”.
Tehsil-press.az