Yayda dərslər KEÇİRİLİR? "Məktəbin sentyabrın 1-dən başlayıb, mayın 31-də yekunlaşması daha uyğundur" - AÇIQLAMA

Yayda dərslər KEÇİRİLİR? Azərbaycanda 2004-cü ilə qədər dərslər sentyabrın 1-i başlayıb, mayın sonu bitirdi. 2004-cü ildən isə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlama qərara alındı. Daha sonra isə dərslərin mayın 31 kimi deyil, iyunun 14 kimi daam etməsinə qərarına gəldi. Bəs Azərbaycanda dərslər sentyabrın1-dən, mayın 31-də yekunlaşa bilərmi?

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Sonxeber.az-a açıqlama verib.

Ekspert bildirib ki, dərslərin sentyabrın 1-dən başlayıb mayın 31-də yekunlaşması daha uyğundur:

"Tədris ilinin müddəti beynəlxalq standartlara uyğun aparılır. Belə ki, dünyanın bir çox ölkəsində tədris ilinin müddəti 36 həftədir. Ölkəmizdə hava şəraiti tədris həftəsi 36 olan ölkələrə nisbətən daha mülayimdir.

Bütün bunlara baxmayaraq bu sistemin dəyişilməsinə imkan var. Dərslərin 15 sentyabrdan başlaması bizə heçnə vermir. Dərslərin sentyabrın 1-dən başlayıb mayın 31-də yekunlaşması daha uyğundur. İyunun 1-14 kimi müddətdə isə BSQ və buraxılış imtahanlarını keçirilməsi daha yaxşı olar. Bu sistem daha əvvəl də olub. 80-ci illərin sonu,90-cı illərin əvvəllərində bu təcrübədən istifadə etmişik.

Bu gün DİM-nin ümumtehsil məktəblərində tədris siteminin pozulmasına yönəlmiş fəaliyyətinin nəticəsində, buraxılış imtahanları məktəblərin bitməsinə 10-12 həftə qalmış həyata keçirilir. Nəticədə isə buraxılış sinfinin şagirdləri imtahandan sonra məktəbə dəvamiyyəti azalır. Buna artıq hər kəs öyrəşib. Bu hal onların universitetə hazırlaşması üçün maneə yaratmır. Əksinə məktəblərin gec bağlanmasının buraxılış sinifləri üçün daha az problem yaradır".

Tehsil-press.az

Oxşar xəbərlər