Şirvanda maraqlı hadisələr yaşanır. YAP-ın iki namizədi bir-birinə qarşı savaşır. Partiya daxili çaxnaşmanın baş verdiyi bildirilir.
Tehsil-press.az bildirir ki, bu barədə Kainat.tv-nin elektron ünvanına Şirvandan məlumat daxil olub.
Bildiyiniz kimi 29 yanvar tarixində ölkədə Bələdiyyə Seçkiləri keçiriləcək. Bu seçkilərdə hər kəs fəallıq göstərməyə can atır. Partiyalar post tutmaq üçün mübarizə aparır. Xüsusi ilə fəallığın nümayiş olunduğu bir neçə rayon və şəhərlər var ki, onlardan biri də Şirvan şəhəridi. Şirvanda Yeni Azərbaycan Partiyası seçkilərə nə az nə çox 17 nəfərlə qatılıb. 17 namizədi olan YAP-ın fəallıq göstərən, yaxud da ismi sədr kimi hallanan 2 namizədi var. Teymur Məmmədov və Telman Xəlilov. İcra başçısına yaxınlığı ilə bilinən Teymur Məmmədov haqqında mətbuatda müxtəlif yazılar dolaşmaqdadır.
İddialara görə Teymur Məmmədovun həyat yoldaşı məktəb direktoru olub və korrupsiyaya görə işindən qovulub. Özü isə hər yerdə mən Bələdiyyə Sədri olacam, pulumu çatdırmışam deyərək, sinəsinə döyüb gəzir. Telman Xəlilovun məsələsi isə biraz fərqlidir. Telman Xəlilov Salyana yeni icra başçısı təyin olunan Rüstəm Xəlilovun qardaşı oğludur. Əvvəllər DYP postlarının birinin rəisi vəzifəsində çalışıb. Rüstəm Xəlilovun "qara-qura" işlərini həvalə etdiyi ən yaxın adamı hesab olunur. Telman Xəlilovun davranış tərzi digər namizədlərə baxanda daha aqressiyalı və iddialı görünür. O YAP -ın keçirdiyi görüşlərə qatılmır, saymamazlıq edir, Teymur Məmmədovun iştirak etdiyi iclaslara gəlmir. Səbəb isə belə göstərilir ki, Rüstəm Xəlilov Şirvana İcra başçısı gəlmək istəsə də buna nail ola bilməyib. Qəsdən İlqar Abbasova inad olaraq, Qardaşı oğlu Telmanı Şirvandan Bələdiyyə Sədri seçdirmək qərarına gəlib.
Ümumiyyətlə Xəlilovların xislətində yekəxanalığın, təkəbbürün olduğu məlumdur. Rüstəm Xəlilov öz atası Gulabbanı Ulu Öndər Heydər Əliyevə bir tutaraq, ona heykəl qoydurub, camaatı baş əyməyə, təzim etməyə məcbur edirdi. Bu haqqda mətbuatda yetərincə məlumat mövcuddur. İlqar Abbasov bu dəfə çox çətin seçim qarşısında qalıb. Öz yaxını Teymur yoxsa, həmkarının qardaşıoğlu Telman?! Ən qəribəsi isə budur ki, hər iki namizəd YAP-dan irəli sürülüb. YAP bir-birinin əksinə gedən, onun nüfuzunu yerlə bir edən iki namizədi niyə bir araya gətirib, çox müəmmalıdır.
Qarşı tərəfləri də dinləməyə hazırıq. Mövzu diqqətimizdədi
Tehsil-press.az