Bu günkü gündə bir çox yeni ultrasəs cihazlarının yaranması (icad olunması) , xəstəliklərin diaqnozlarının düzgün şəkildə qoyulmasında böyük əhəmiyyət kəsb etməkdədir. Xüsusən də qadın və hətta kişilər arasında süd vəzi orqanlarının müayinə və müalicəsində bu metod ön sıralardadır.Ucuz, yüksək ixtisaslaşmış mütəxəssislər tərəfindən asan və tez bir şəkildə icra olunan metoddur.
Çox təəssüflər olsun ki, bu gün bütün dünyada qadınlar arasında süd vəzi xərçəngi yayılma tezliyinə , ölüm sayılarının getdikcə artmağına görə liderdir. Bu səbəblə də , hər bir qadın 18-20 yaş həddindən sonra şikayəti olub-olmamasına baxmayaraq, ildə 1 dəfə US müayinəsindən, 35-38 yaş həddindən sonra isə (əgər vaxtından tez çəkdirməyə ehtiyac qalmazsa) US ilə yanaşı və rentgenoloji mammoqrafiya müayinələrindən keçməlidir.
US müayinənin aparılması üçün ən optimal vaxt –menstrual tsiklin 5-ci günündən başlayaraq 11-ci günləri arasındadır.
Süd vəzilərində US müayinəsinin aparılması üçün ən önəmli faktorlar:
* Süd vəzilərinin hər hansı birində ağrı olduğu zaman, menstrual tsikllə bağlı ola ya da olmaya bilər;
* Süd vəzilərinin həcmlərinin böyüdüyü , assimetrikliyi yarandığı zaman;
* Travma zamanı;
* Özü-özünü müayinədə, ələ gələn hər hansı sərtlik zamanı;
* Qoltuqaltı nahiyələrdə şişlik, ağırlıq hissi, limfa düyünlərinin böyüdüyünü hiss etdikləri zaman;
* Dərinin öz rəngini dəyişdiyində, müəyyən çökəkliklər əmələ gəldiyi, gilə içəriyə doğru dartıldığı zaman və s. hallarda ;
Belə ki qadınlar vaxt-aşırı güzgünün qarşısında durub əllərini qurşağ nahiyəsinə qoyaraq vizual olaraq süd vəzilərinin vəziyyətinə fikir verməli , dərinin rənginə (tündləşmə, qızarma..), hamarlığına (portağal qabığı şəkilində ), gilələrin içəri dartılıb-dartılmadığna, periodik olaraq sağ əl üç barmaq ilə sol, sol əl üç barmaq ilə sağ süd vəzilərini saat əqrəbi istiqamətində yoxlayaraq müayinə etməlidirlər.
Bildiyimiz kimi süd vəzilərinin həm xoşxassəli, həm də bədxassəli törəmələri mövcuddur. Xoşxassəli törəmələri içərisində ən geniş yayılanı kistlərdir-
* kistlər adətən müxtəlif ölçü , forma və strukturda olurlar, böyüyüb-kiçilə bilirlər. Kistlər adətən hamar konturlu, hərəkətli olaraq əllənirlər. US müayinəsi digər müayinələrdən daha üstün olaraq bu tip törəmələrin diaqnozlarının qoyulmasında, daxili strukturalarının düzgün təyinində çox əlverilşlidir, qənaətbəxşdir.
* Fibroadenomalar gənc və orta yaşlı qadınlarda daha çox rast gəlinir, kistlər kimi tək və çoxsaylı ola bilirlər, oval və ya yuvarlaq şəkilli , rahat əllənən , həmcins strukturludurlar.Bu kimi törəmələri 6 aylıq intervallarla ilk 2 il (tapıldığı tarixdən etibarən) nəzarət altında saxlamaq lazımdır. Həmçinin , xoşxassəli törəmələr kategoriyasına – lipomalar, hamartomlar absseslər , mastitə bağlı dəyişikliklər və s.. kimi xəstəlikləri ayırd etmək və bu haqda çox geniş danışmaq mümkündür.
Süd vəzilərinin bədxassəli törəmələrinə gəldikdə isə , çoxu zaman bunlar təəssüf ki gecikmiş mərhələrdə aşkarlanırlar, çox sərt, mobil, nahamar hüdudlu əllənərək, US müayinəsi zamanı isə vertikal – horizontal yerləşmələrindən tutmuş,
* müxtəlif exogenlik ,
* mikrokalsinatlar ,
* dəqiq kapsula yaradıb- yaratmama,
* dorzal kölgəlik,
* doppler müayinədə internal qanlanma və s.. kimi əlamətlər göstərməkdədirlər.
Bir mövzuya da tək bir cümlə ilə toxunmaq istəyərdim, kişi cinsinin nümayəndələri arasında da döş vəzilərinin (şikayətləri olduqları halda – ginekomastiya, ələ gələn sərtlik , xərçəng..) US müayinəsi geniş yayılmaqda, düzgün bir şəkildə tətbiq olunmaqdadır.
Yadda saxlamaq lazımdır ki, süd vəzi törəmələrində xərçəng xəstəliyinin erkən mərhələlərdə diaqnozunun qoyulması və tapılması, bu xəstəlikdən 98% hallarda tam sağalma deməkdir.
Sağlamlığınızın qayğısına qalın !!!!

Sevinc Musayeva
Milli Onkologiya Merkezi usm-hekimi,
həkim diaqnostik
Milli Onkologiya Merkezi usm-hekimi,
həkim diaqnostik