İnkaredilməz həqiqətdir ki, bu gün yaşlı nəslin nümayəndələrindən fərqli olaraq uşaqlar, daha dəqiq desək, məktəblilər mütaliədən uzaqlaşırlar. Buna başlıca səbəb kimi isə texniki inkişaf- kompüter,televizor, lap elə az qala yenicə ayaq tutub yeriyən körpənin də cibinə qoymaq istədiyimiz mobil telefonlar göstərilir. Və çox vaxt da belə qənaətə gəlinir, təsəllimiz bu olur ki, indi uşaqlar üçün əyləncə çoxdur, daha kitab oxumaq nəyə lazımdır?.
Əlbəttə, biz texniki yeniliklərin əleyhinə çıxış etmək fikrində deyilik. Dövrümüzü kompütersiz, mobil telefonsuz da təsəvvür etmək olmaz. Nə qədər ki, bəşəriyyət möbcuddur, insan axtaracaq, kəşf edəcək, yeniliklər yaradacaq və ona sahib olacaqdır. Lakin biz bu texniki yeniliklərin müsbət tərəfləri ilə yanaşı,mənfi tərəflərini, ilk öncə, sağlamlığımız,genefondumuz üçün hansı fəsadlar törədə bilib-bilməyəcəyini də düşünməliyik. Şübhəsiz, bu, başqa bir problemin söhbətidir və bu barədə dünya mütəxəssisləri öz sözlərini deməlidirlər…
Zərdüşt babamızın “Avesta” əsərində belə bir ifadəyə rast gəlirik: “Yaxşı danış, yaxşı düşün, yaxşı davran”. Bu deviz o dövrdən indiyə qədər öz əhəmiyyətini itirməyib. Cəmiyyətin mədəni üzvləri həmin devizə əməl ediblər. Xüsusiylə ailədə, qohum-əqrəba arasında, uşaqların tərbiyəsində bu deviz mühüm rol oynayıb və indi də oynayır. Uşaq ilk təlimi,ilk tərbiyəni ailədə -ana qucağında, ata ocağında alır. Anasının öyrətdiyi zərif sözlər, atasının söylədiyi “başagəldilər” uşağın yaddaşına hopan ilk bilgilərdən olur. Çox çəkmir ki, ana tərbiyəsi bağça tərbiyəsi ilə əkizlənir. Yaxşı tərbiyəçi öz cazibəli söhbəti (nağıl, şeir, qiraəti ilə) uşaqların zehnini bir qədər də itiləyir. Sonrasa…məktəb illəri başlanır. Uşaq oxumağı, yazmağı öyrənir, hər sinfin öz tələbləri səviyyəsində ana dilinin səs sistemini, lüğət tərkibini, qrammatik quruluşunu mənimsəyir. Yəni yaxşı danışmağın, yaxşı düşünməyin, yaxşı davranmağın, belə desək, sistemli təlimi ailədə başlanır, bağçada, orta və ali məktəblərdə davam etdirilir, ictimai-siyasi həyatda təkmilləşdirilir.
Dünyanın görkəmli maarifçi- filosofları, elm adamları mütaliənin yetişməkdə olan nəslin tərbiyəsindəki müsbət rolunu dönə-dönə qeyd etmişlər. Biz özümüzdəki bütün müsbət keyfiyyətlərə görə ilk növbədə oxuduğumuz kitablara borcluyuq. Məhz həmin kitablardan əxz elədiklərimiz müasirliyə, gələcəyə daha gözü açıq baxmaqda, sabaha düzgün istiqamət götürməkdə bizlərə kömək etmişdir. “Qobusnamə”, “Kəlilə və Dimnə”, Sədi Şirazinin “Gülüstan”, “Bustan”, Şeyx Nizaminin “Xəmsə”si, Şeyx Əttarın “Pədnamə”si, Cəlaləddin Ruminin “Məsnəvi”si,Ömər Xəyyamın “Rübailər”i və s. bu kimi neçə-neçə əxlaqi əsər yüz illərlə nəsillərin zehninə hakim kəsilmiş, insanların həyat məktəbinə çevrilmişdir. Bəs bu gün necə? Bəşər mədəniyyətinin tacı hesab edilən kitabdan niyə uzaq qaçırıq? Bəlkə hazırki həyatımızda müşahidə edilən yalan danışmaq, xəbərçilik, oğurluq, böyük-kiçik yeri bilməmək,valideyn üzünə ağ olmaq, tamah məqsədiylə törədilən ağır cinayət, milli təəssübkeşlik hissinin azlığı, kosmopolit əhval-ruhiyyə və s. bu kimi mənfi halların yeniyetmələr arasında daha çox olmasının bir səbəbini də elə bunda axtarmaq lazımdır…
Bu gün ali və orta ixtisas məktəblərini bitirib, müəyyən vəzifə tutmuş gənclərin (bu sırada hətta pedaqoji universitet məzunları, müəllim diplomu almış gənclər də var) – deyərdik ki, əksəriyyətinin adi ünsiyyət mədəniyyətinə, müraciət formasına, danışıq etikasına, insanların cəmiyyətdə bir-birinə münasibətini tənzimləyən davranış-əxlaq normalarına əməl etməməsi, bəsit nitqə və yazı qabiliyyətinə malik olması adamda təəssüf hissi doğurur. Bəlkə bu da və sadalamadığımız digər çoxsaylı neqativ hallar da bununla bağlıdır…
Böyük Britaniyadakı Oksford Universiteti alimlərinin mütaliyənin faydası haqqında 2012-ci ildə apardıqları tədqiqatlara fikir verək. Onların fikrincə, “kitab oxumaq təkcə intellektual qabiliyyəti yaxşılaşdırmır,həm də psixi və fiziki sağlamlığa müsbət təsir edir. Mütaliyə edən adamların beyninin maqnit-rezonans analizi göstərir ki,onlar kitabdakı hadisə və təsvirləri oxuyan zaman beyinlərindəki mənimsəməyə görə cavab verən sahələr reallıqda bunları hiss edirmiş kimi fəallaşır. Bu effekti televizor və kompüter vermir,əksinə,televizor onları itirir”.
Alimlər hesab edir ki,erkən yaşlarda böyük və çətin kitabları oxumağa çalışmaq lazımdır. Bu zaman beyin səbəb-nəticə əlaqələrinin uzun zəncirini qurmağı öyrənir. Cəmi altı dəqiqə kitab oxumaq stressin səviyyəsini 2-3 faizə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya sadəcə gəzintidən daha səmərəlidir…
Mədəni nitq vərdişləri,qeyd etdiyimiz kimi, ilk dəfə ailədə, bağçada aşılanırsa da, mütaliənin köklü təməli orta məktəbin ibtidai siniflərində qoyulur. Lakin səmimi etiraf etmək lazimdır ki, 20-25 il bundan əvvəlki illərlə müqayisədə indi orta ümumtəhsil məktəblərində – istər ibtidai, istərsə də yuxarı siniflərdə – şagirdlərin mütaliə, sinifdənxaric oxu, o cümlədən də yazılı və şifahi nitqlərinin inkişafı ilə bağlı işlər lazımi səviyyədə deyil, qeyri-qənaətbəxşdir.
Əlifbanı bitirib yenicə oxumağa, yazmağa başlayan məktəbli ayaq tutub təzə-təzə yeriyən körpəyə bənzəyir. Onu kompüter qabağında əyləşdirməkdənsə(bəzən saatlarla), yaxud “xətri xoş olsun”-deyə onun cibinə mobil telefon alıb qoymaqdansa, əvvəlcə ona mütaliə vərdişlərinə yiyələnməyi öyrətmək lazımdır. Bu çox mühüm, vacib və olduqca ciddi məsələdir. Və bu işə həm valideynlərin özləri, həm də müəllimlər çox böyük məsuliyyətlə yanaşmalıdır. Əks-təqdirdə sonrakı peşmançılıq fayda vermir.
Hesaba alsaq ki, 21-ci əsrin astanasında biz hələ də tədris vasitəsi kimi, başlıca elmi mənbə kimi kitablardan istifadə edirik, deyilənlərin nə dərəcədə düzgün, faydalı olmasına şübhə yeri qalmır. Bu gün çoxlarımız sosial şəbəkələrdən, müəyyən elektron mənbələrindən ciddi bilik mənbəyi kimi deyl, yalnız məlumat xarakterli ötürücü kimi istifadə edirik. Kompüter, belə desək, bütövlükdə tədris vəsaiti deyil. Heç olmazsa paralel şəkildə də olsa (o da ancaq nisbətən yuxarı siniflərdə) kitabdan istifadə etmək, kitabla işləməyə üstünlük vermək lazımdır.
Orta məktəblərdə mütaliənin təşkili işinə yanaşmalar,sadə dillə desək, çoxdur. Bu işdə əsas ağırlıq müəllimlərin, xüsusiylə də ibtidai sinif müəllimlərinin üzərinə düşür. Müəllim hər sinifin yaş və bilik səviyyəsinə müvafiq olaraq ədəbiyyatı seçib şagirdlərinə tövsiyyə etməlidir. Auditoriyalarda, belə desək, “oxu tövsiyələri” asılmalıdır. Şagirdlərin kitabxana ilə müntəzəm əlaqəsi yaradılmalıdır. İctimaiyyət tərəfindən qəbul edilmiş, tanınmış müəlliflərlə (yazıçı, şair, publisistlərlə, elm və mədəniyyət adamlarıyla) şagirdlərin görüşünü keçirmək, yeni kitabların təqdimat mərasimini, o cümlədən, oxucu konfransı və ədəbi-bədii gecələr təşkil etmək bu işə müsbət önəm verə bilər. Və belə tədbirlərdə yuxarı sinif şagirdlərinə daha çox sərbəstlik verilməlidir. Müəllim imkan verməlidir ki, şagird oxuduğu hər hansı əsəri özü təhlil edib, özü də qiymətləndirsin. Yuxarı siniflərdə (9-10-11-ci siniflərdə) artıq şagirdləri təkcə bədii deyil, həmçinin, elmi-publisistik, fəlsəfi-əxlaqi kateqoriyalı kitabların oxumasına da sövq etmək lazımdır.
Təbii ki, şagirdlərə necə gəldi kitab təqdim etmək düzgün olmazdı. Müəllim çalışmalıdır ki, mütaliə üçün tövsiyə etdiyi kitab tərbiyəvi əhəmiyyət daşısın, şagirdin milli qürur hissinin inkişafına kömək etmiş olsun. Əgər nəşr olunan hər hansı bir kitab özündə yeni baxış və fikirləri ehtiva etmirsə, o öz oxucusuna nə verə bilər? Etiraf edək ki, bu gün “kitab az oxunur” deyiriksə, onun digər bir səbəbi də məhz məzmunsuz kitabların işıq üzü görməsidir.
Orta məktəblərdə müəllimlər daha çox dil sisteminə, xüsusən qrammatikanı öyrətməyə səy göstərirlər. Nitq mədəniyyəti məsələləri, belə demək mümkünsə, bəsit tədris edildiyindən şagirdlər gözəl danışmağı bacarmır, hətta, danışmaq etikasından- müraciət, söhbətə qoşulma, sual-cavab, dinləmə, şad və bəd xəbəri çatdırma qaydalarından xəbərsiz böyüyürlər. Halbuki mədəni insan ədəbi dilin bütün incəliklərindən istifadə etməli və sözü, ifadəni, cümləni konkret məqamlarına, yerinə görə işlətməlidir. Bu yerdə bu boşluğu ancaq və ancaq, qismən də olsa, mütaliə doldura bilər. Əlbəttə, əgər şagirdlər buna istiqamətləndirilərsə. Öz şəxsi təcrübəmizdən aydın olmuşdur ki, mütəmadi mütaliə edən şagird, yaxud tələbə danışıq etikası, əxlaq, davranış və digər ədəb qaydalarına daha yaxşı əməl edir.
Bir müdrikdən soruşurlar:- hansı xalq daim inkişafda ola bilər? Cavab verir ki, gəncləri düzgün tərbiyə olunan xalq. Əgər biz insanlar yer üzünün əşrəfi hesab olunuruqsa, məhz mənəvi keyfiyyətlərimizə görə digər canlılardan fərqləniriksə, onda bu insani keyfiyyətləri daha uca tutmalı, onu inkişaf etdirməli, qorumalı, daim zənginləşdirməliyik. Qoy bizim sabahkı davamçılarımız, yetişməkdə olan gənc nəsil yaxşı keyfiyyətlərimizi öyrənib əxz eləsinlər. Yalnız yüksək mənəvi keyfiyyətlərə malik insan hərtərəfli, yetkin, bütöv, necə deyərlər, əsil vətəndaş ola bilər. – Fərqi yoxdur iş adamı olsun, alim olsun, ya da ayaqqabı tikən.
Elm, təhsil, maarif sahəsində çalışanlar-müəllimlər öz şəxsi nümunələri ilə, həyatdakı əməli hərəkət və davranışları ilə gənclərin, bütövlükdə xalqın tərbiyəçiləridir. Bu, həmişə belə olmuş və bundan sonra da belə olacaqdır. Odur ki, onlar öz fəaliyyətlərinin ictimai mənasını daha aydın və daha dərindən dərk etməlidirlər. Əgər buna əməl olunmazsa, yəni bu gün gənclərimiz üzərində düzgün təlim-tərbiyə işləri aparılmazsa, onda heç işıqlı sabahımızdan, gələcəyimizdən danışmağa dəyməz…

Səyadulla Kərimli
yazıçı-publisist
yazıçı-publisist