Bakı Slavyan Universiteti yeni əməkdaşlığa imza atıb

Bakı Slavyan Universiteti yeni əməkdaşlığa imza atıb Bakı Slavyan Universiteti (BSU) dünyanın bir sıra aparıcı universitetləri ilə beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. Universitetin Rusiya Federasiyasının tanınmış ali təhsil müəssisələri ilə də sıx əməkdaşlığı var.

Beynəlxalq əlaqələrin davamı olaraq Rusiyanın Samara Humanitar Akademiyası (SHA) və BSU arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə təhsil prosesinin modernləşməsi və elmi-tədqiqat fəaliyyətinin inkişfına yönələn müxtəlif istiqamətli işləri əhatə edir. Həmin işlər sırasında xüsusilə psixologiya sahəsində olan yeniliklərlə mübadilə və BSU-nun Pedaqogika və psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən Psixoloji xidmət mərkəzinin işinin genişləndirilməsi nəzərdə tutulur.
Müqavilədə eyni zamanda iki təhsil müəssiəsi arasında birgə elmi araşdırılmaların aparılması, elmi tədbirlərin – konfransların, seminarların, simpoziumların, kollokviumların təşkili, müştərək elmi məqalə məcmuələrinin hazırlanması və nəşr olunması, tərəflərin elmi-tarixi ədəbiyyatla qarşılıqlı təmin olunması yer alıb.

BSU-nun Mətbuat xidməti


Bakı Slavyan Universiteti yeni əməkdaşlığa imza atıb

Oxşar xəbərlər