"Bakıda sürücülük vəsiqəsi bu məbləğə alınır" – Türkiyəli blogerdən İDDİA + VİDEO

Bakıda çəkilişlər aparan tanınmış türkiyəli bloger Fuad Diri Azərbaycanda sürücülük vəsiqəsinin pulla alınmasına dair iddia ilə çıxış edib.

Bloger sürücülük vəsiqəsinin pulla alınmasına dair məlumatı taksidə öyrəndiyini bildirib.

Sosial şəbəkə fenomeninin hazırladığı və “TikTok”da yayımlanan video materiala istindən xəbər verir ki, F.Diri Bakıda sürücülərin avtomobilləri idarə edən zaman təhlükəli manevrlər etməsindən şikayətlənib.

“Siqnal vermədən, xəbərdarlıq etmədən avtomobili digər avtomobilin önünə keçirirlər, qəza vəziyyəti yaradırlar”, - deyən blogger söyləyib ki, bunun əsas səbəbi sürücülük vəsiqəsinin heç bir kurs, hazırlıq keçmədən pulla alınmasıdır:

“Taksi sürücüsündən soruşdum ki, bunlar sürücülük vəsiqəsini necə alıblar ki, belə avtomobil idarə edirlər. Onun sözlərinə görə, Azərbaycanda sürücülük vəsiqəsi rüşvət verərək alınır. Sürücülük vəsiqəsini almaq üçün kursa girmirlər, sınaqdan keçirilmirlər. Pulu verən “düdüyü çalır””.

Bloggerlə birgə şəhərdə çəkilişlər edən bakılı bir xanım da sürücülük vəsiqəsinin pulla alındığını təsdiqləyib:

“Düzdür, hamı sürücülük vəsiqəsini pulla almır. Bəziləri imtahan verərək sürücülük vəsiqəsini əldə edirlər. Amma digərləri rüşvət verib sürücülük vəsiqəsini ala bilirlər”.

Çəkilişdə iştirak edən xanım sürücülük vəsiqəsi almaq üçün rüşvətin məbləğinin 1250 manat olduğunu da deyib.

F.Diri əlavə edib ki, sürücülərin avtomobilləri düzgün idarə etməməsinin sürücülük vəsiqəsinin necə əldə edildiyini göstərdiyini də vurğulayıb: “Yollarda görürük ki, avtomobili idarə edənlər xəbərdarlıq etmədən asanlıqla sağa və ya sola hərəkət edə bilirlər, dönmə əməliyyatlarını həyata keçirirlər. Buna görə də yollarda çoxlu avtomobil qəzaları olur”.



Tehsil-press.az

Oxşar xəbərlər