BDU rektoru Elçin Babayev qonaqlara Universitetin tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU Türkiyənin ən nüfuzlu universitetləri ilə sıx əməkdaşlığa malikdir. Kırşehir Ahi Evran Universiteti ilə də elm və təhsil sahəsində müxtəlif əməkdaşlıq imkanları mövcuddur.
Kırşehir Ahi Evran Universitetinin rektoru Mustafa Kasım Karahocagil rəhbərlik etdiyi universitetin əsas fəaliyyət istiqamətləri barədə danışıb. Kırşehir Ahi Evran Universitetinin hazırladığı daxili keyfiyyət təminatı sistemini təqdim edib.
Daha sonra iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə, tədqiqatçıların, akademik və inzibati heyətin mübadiləsini, ortaq akademik proqramların yaradılmasını, akademik mobilliyin artırılmasını nəzərdə tutur. Hər iki universitet müştərək konfranslar, seminarlar və digər elmi tədbirlər təşkil edərək, bilik və təcrübə mübadiləsini gücləndirəcək.

Tehsil-press.az