ADNSU ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

ADNSU ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə Qazi Universitetinin rektoru professor Musa Yıldızla görüşüb.
Görüşdə rektor Musa Yıldız Qazi Universitetinin türk dünyası ilə əməkdaşlığı inkişaf etdirmək missiyasını öz üzərinə götürən bir universitet olduğunu bildirib. ADNSU ilə əlaqələri daha da inkişaf etdirmək istədiklərini bildirən rektor əməkdaşlığın əhəmiyyətli olacağına əminliyini vurğulayıb.
Rektor Mustafa Babanlı rəhbərlik etdiyi ADNSU haqqında məlumat verib. O, Qazi Universiteti ilə əməkdaşlığın daha geniş formatda davam etdiriləcəyini deyib.
Sonra ADNSU ilə Qazi Universiteti arasında təhsil, akademik və mədəni əməkdaşlıq sahəsində memorandum, eyni zamanda, beynəlxalq layihələrin islənməsi və mübadilə proqramlarının həyata keçirilə bilməsi üçün “Erasmus” müqaviləsi imzalanıb.
Sənədləri hər iki universitetin rektorları imzalayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər